QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Apr 2023, 12:25
Müdafiə naziri yeni nəzarətə götürülən yüksəkliklərlə bağlı tapşırıqlar verdi
Müdafiə naziri yeni nəzarətə götürülən yüksəkliklərlə bağlı tapşırıqlar verdi

Xəbər verdiyimiz kimi, aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Qalanews-un  məlumatına görə, Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraitini təhlil edən müdafiə naziri ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınması barədə müvafiq göstərişlər verib.

Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin bütün qanunsuz fəaliyyətləri bundan sonra da fasiləsiz nəzarətdə saxlanılmalı və Azərbaycan ərazilərində gələcəkdə bu kimi addımların atılmasına imkan verilməməlidir.

General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə, həmçinin yeni nəzarətə götürülən yüksəklik və mövqelərimizdə mühəndis təminatı tədbirlərinin daha keyfiyyətli yerinə yetirilməsi barədə konkret tapşırıqlar verib.




Baxış sayı: 156



OXŞAR XƏBƏRLƏR