QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Mar 2023, 16:44
Azərbaycanda məscidlərə ilk qadın icraçılar təyin edildi
Azərbaycanda məscidlərə ilk qadın icraçılar təyin edildi 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 13-15 fevral tarixlərində İslam dininə aid ibadət yerlərində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün keçirilmiş müsahibədə iştirak edən və uğur qazanaraq təyinat almış ilk qadın dini ayinlərin icraçıları ilə görüş keçirilib.

Bu barədə  Qalanews-a   Komitədən məlumat verilib.

Qadın icraçılarla görüşən Komitə sədri Mübariz Qurbanlı bildirib ki, belə bir təyinatın həyata keçirilməsi Azərbaycanda ilk təcrübə hesab oluna bilər: “Məscidlərdə orta və ali dini təhsili olan qadınların dini ayin icraçıları kimi fəaliyyət göstərmələri İslam dininin dəyərlərini olduğu kimi təbliğ etmək, dini ayinləri doğru icra etmək, insanları xurafat və cahillikdən uzaqlaşdırmaq baxımından çox böyük əhəmiyyətə malikdir”.

Bildirilib ki, qadın dini ayinlərin icraçısı – imamın tapşırığına əsasən islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda dini ayinlərin, eyni zamanda dini mərasimlərin icrasını həyata keçirən şəxsdir.

Qeyd edək ki, görüşdə iştirak edən qadın dini ayin icraçıları Dövlət Komitəsi sədrinin müvafiq əmri ilə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi “Heydər”, “Xanım Fatimeyi-Zəhra”, Yasamal rayonu “İlahiyyat”, Sumqayıt şəhəri “Cümə”, Ceyranbatan yaşayış massivi “Ceyhun xanım və Hacı Əhməd”, Neftçala şəhəri “Sahibəz-Zaman”, Gəncə şəhəri, Bala Bağbanlar məhəlləsi “Fatimeyi-Zəhra”, Saatlı rayonu “Sımadakənd”, Şəki şəhəri “Mərkəzi Cümə”, İsmayıllı rayonu “Cümə” məscidlərinə təyin olunublar.



Baxış sayı: 162



OXŞAR XƏBƏRLƏR