QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 Mar 2023, 14:19
İşsizlikdən şikayətlənən “Moşu”ya vəzifə verildi
İşsizlikdən şikayətlənən “Moşu”ya vəzifə verildi
Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi işə başlayıb.

Bu barədə  Qalanews-a danışan aktyor bildirib ki, Mingəçevir teatrında həm aktyor, həm də quruluşçu rejissor kimi çalışacaq.

“Artıq ilk tamaşanı hazırlayıb təhvil vermişəm, premyeramız da baş tutub. Yenidən səhnədə olmaq mənə yeni enerji verib. Yolunuz düşsə, buyurub gəlin Mingəçevirə, maraqlı tamaşalardan zövq alın”, - o bildirib.

Qeyd edək ki, bir müddət öncə aktyor işsiz olduğunu və yaradıcılığında heç bir yenilik baş verməməsinə görə əsəbiləşdiyini bildirmişdi.

Valeh Kərimov teatrda və kinoda çoxlu sayda maraqlı obrazlar yaratsa da, xalqın yadında “Bəxt üzüyü” filmindəki “Moşu” obrazı ilə daha çox qalıb, daha çox sevilib.



Baxış sayı: 152



OXŞAR XƏBƏRLƏR