QALA NEWS

19 Mart Çərşənbə axşamı

Bakı 9˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Mar 2023, 18:42
ARTE telekanalı Azərbaycanın Qarabağda qayıdışı barədə reportaj hazırlayıb
ARTE telekanalı Azərbaycanın Qarabağda qayıdışı barədə reportaj hazırlayıb 
Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE telekanalı Ermənistanla Azərbaycan arasında baş vermiş 44 günlük müharibədən üç il sonra bölgədəki vəziyyətlə əlaqədar reportaj hazırlayıb.

Müəllif qeyd edir ki, 1990-cı illərdə iki ölkə arasında baş vermiş birinci müharibədə 750 mindən çox Azərbaycan vətəndaşı məcburi köçkün həyatı yaşamalı olub.

“2020-ci ilin payız ayında baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan ordusu itirilmiş torpaqlar üzərində nəzarəti ələ keçirib, lakin tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. Üstəlik ötən ilin sentyabrında sərhəddə gedən döyüşlərdə hər iki tərəfdən onlarla hərbçi həyatını itirib” – reportajda qeyd olunur.

Qeyd edək ki, reportaj ARTE telekanalının saytında yerləşdirilib, sabah isə süjet ARTE telekanalında yayımlanacaq.




Baxış sayı: 135



OXŞAR XƏBƏRLƏR