QALA NEWS

19 Mart Çərşənbə axşamı

Bakı 9˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Mar 2023, 17:44
Xəzər sahilindən qanunsuz qum daşınır: Dəmiryolu xətti üçün ciddi TƏHLÜKƏ
Xəzər sahilindən qanunsuz qum daşınır: Dəmiryolu xətti üçün ciddi TƏHLÜKƏ 
Astara rayonunda dənizin geri çəkilən hissəsindən qum qanunsuz şəkildə daşınır.

Qalanews   xəbər verir ki, bu iddia ilə Astara sakini sosial şəbəkə hesabında görüntülər paylaşıb və aidiyyəti qurumlara müraciət edib.

Görüntülərdə əks olunur ki, Xəzər dənizinin sahil hissəsində suyun çəkilməsindən sonra sahildə qazıntı işləri aparılıb. Sakinlər hər gün müəyyən vaxtlarda yük avtomobillərinin əraziyə gəldiyini, dənizin qumunu daşıdığını qeyd ediblər. Videodan göründüyü kimi sahildə xəndəklər qazılıb. Proses nəticəsində dəniz kənarında istirahət üçün əlverişli şəraitin məhv edildiyi bildirilib.

Üstəlik dənizin sahili Astaradan keçən dəmiryolu xəttinə yaxın olduğuna görə, qumun daşınması xəttə də təhlükə yarada bilər.



Baxış sayı: 163



OXŞAR XƏBƏRLƏR