QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Mar 2023, 14:23
Bu il büdcə vəsaitləri hesabına iqtisadiyyata kapital qoyuluşu 6.8 dəfə artıb
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda büdcə vəsaitləri hesabına əsas kapitala 946.4 milyon manat investisiya qoyulub.

Qalanews-un  Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6.8 dəfə və ya 807.7 milyon manat çoxdur.

Qeyd edək ki, hesabat dövründə bank kreditləri hesabına iqtisadiyyata kapital qoyuluşu ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 5.4 dəfə artaraq 39.6 milyon manata bərabər olub.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların öz vəsaitləri 44.8%, büdcə vəsaitləri 42.9%, əhalinin şəxsi vəsaitləri 6.6%, bank kreditləri 1.8%, sair vəsaitlər isə 3.9% təşkil edib.



Baxış sayı: 142



OXŞAR XƏBƏRLƏR