QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Mar 2023, 14:05
Canni De Byazi üç futbolçunu millinin heyətindən kənarlaşdırdı
Canni De Byazi üç futbolçunu millinin heyətindən kənarlaşdırdı
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bu gün səfərdə Avstriya yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün I tur oyunu üçün “23-lüy”ü müəyyənləşdirib.

Qalanews-un  məlumatına görə, 67 yaşlı mütəxəssis sərəncamındakı 26 futbolçudan üçünü heyətdən çıxarmalı olub.

De Byazi Ceyhun Nuriyev (“Sabah”), Azər Salahlı (“Neftçi”) və Rüstəm Əhmədzadənin (“Zirə”) xidmətindən yararlanmamağı qərara alıb.

Daha əvvəl Türkiyənin “Konyaspor” klubunda çıxış edən Mahir Emreli zədəli olduğu üçün toplanışa qatılmayıb.

Qeyd edək ki, Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Yığma üç gün sonra İsveçin qonağı olacaq.



Baxış sayı: 142



OXŞAR XƏBƏRLƏR