QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Mar 2023, 21:12
Messinin atası üç xəbəri yalanladı: “Hamısı saxtadır”
Messinin atası üç xəbəri yalanladı: “Hamısı saxtadır”
PSJ-nin ulduz futbolçusu Lionel Messinin atası və meneceri Xorxe Messi oğlu ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Yalan yazmağa nə qədər davam edəcəklər? Sübutlar haradadır? Bu xəbərlərin hamısı saxtadır”, - X.Messi yazıb.

Ulduz futbolçunun atası PSJ-nin Lionelin şərtlərini qəbul etməməsi, oyunçunun baş məşqçi Kristof Qaltye ilə problemlərə görə komandanın məşqini tərk etməsi və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan 600 milyon avro tələb etmələri ilə bağlı xəbərlərə paylaşımında cavab verib.



Baxış sayı: 155



OXŞAR XƏBƏRLƏR