QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Mar 2023, 18:30
Bəhruz Məhərrəmov: Ankarada TDT Zirvə görüşü Türk dünyasının rolunun artırılması istiqamətində mühüm mərhələdir
"Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü yeni geosiyasi konfiqurasiyada Türk dünyasının rolunun daha da artırılması istiqamətində mühüm mərhələ, eyni zamanda Azərbaycanın Türk dünyasında aparıcı mövqeyinin daha da güclənməsinin ifadəsi kimi qiymətləndirilməlidir".

Bunu  Qalanews.com-a  açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, Türk dünyasının potensialını vahid səy ortaya qoyulması istiqamətində ilk dəfə məhz Azərbaycan Prezidenti İlham Əliyev birləşdirib və pandemiya ilə mübarizədə bu birlik formulu çox səmərəli mexanizmə çevrilib: "Təşkilat yaranarkən qarşıya qoyulan, habelə yeni geosiyasi reallıq fonunda transformasiya keçirən hədəflər aydın və kifayət qədər sağlamdır. İlk növbədə ona görə ki, bizim əməkdaşlığımız yalnız mənəvi əsaslara dayanmır – ortada Prezident İlham Əliyev tərəfindən formalaşdırılan və dövlətlərin suveren milli maraqlarının təmin olduğu reallıq var. Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ifadə etdiyi kimi, “Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində Türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar”.

Yəni Türkiyə liderinin də aydın formada ifadə etdiyi kimi, həqiqətən də TDT-nin uzunmüddətli perspektivləri məhz Azərbaycan Prezidentinin böyük uzaqgörənliklə bütün çətinlik və müqavimətlərə baxmayaraq yarada bildiyi transmilli enerji infrastrukturu ilə birbaşa bağlıdır. Azərbaycanın bu gün sürətlə reallaşdırmaq üzrə olduğu Zəngəzur dəhlizi isə Türk dünyası üçün ikinci nəfəs olacaq və Türk Dövlətləri Təşkilatının hər bir üzvü, o cümlədən müşahidəçi üzvlər bunu çox gözəl anlayır və layihənin tam realizəsi üçün maraqlı tərəf kimi çıxış etməyə başlayıblar. Biz faktiki olaraq Azərbaycan üçün prinsipial milli maraqların digər dövlətlər üçün də milli maraq səviyyəsinə yüksəldilməsinə şahidlik edirik və bu da öz növbəsində Prezident İlham Əliyevin uğurlu siyasi kombinasiyası hesab edilməlidir".
Bəhruz Məhərrəmov qeyd edib ki, bu çərçivədə, Ankara Zirvəsinin əsas özəlliklərindən biri də ilk dəfə olaraq Qərbi Azərbaycana qayıdışa – Türk dünyasının məsələsi kimi yanaşılma qeyd edilməlidir: "Görünən odur ki, Ankara Zirvəsi ilk baxışda fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyəti nəzərdə tutsa da, qəbul olunan Ankara Bəyannaməsi əslində sonrakı dövrdə təşkilatın fəaliyyəti və bölgənin təhlükəsizliyinin təmini üçün konseptual prinsipləri əhatələyir. Təbii ki, baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün Türk Dövlətləri Təşkilatının milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəlmələri bu sahədə əhəmiyyətli təhlükəsizlik mühiti formalaşdırır. Lakin daha mühümü, məhz Ankara Zirvəsində təşkilat artıq qlobal miqyasda proseslərə reaksiya bildirməklə ciddi beynəlxalq subyekt kimi özünü təsdiqləmək istiqamətində mühüm mərhələ qət etdi. Ankara bəyanatında dövlətlər irqçi, ksenofob və islamofob təxribat və hücumlara yol aça biləcək müqəddəs kitabımız Qurani-Kərimə qarşı son vaxtlar nifrət zəminində törədilən cinayətləri ən kəskin şəkildə qınayaraq, habelə Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumu pisləməklə Türk Dövlətləri Təşkilatı bir güc kimi mühüm siyasi mövqe ortaya qoymuş oldu".

Deputatın sözlərinə görə, Ankara görüşü həmçinin təşkilatın özünün gələcək fəaliyyət perspektivləri, xüsusən 2023-cü ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşünə hazırlıq işlərini müzakirə etmək üçün ideal müstəvi oldu: "Nəzərə alaq ki, TDB-nin sıralarının genişlənməsi ehtimalları reallaşmaqdadır və cənab Qurbanqulu Berdiməhəmmədov növbəti Zirvə görüşündə Türkmənistanın müşahidəçilikdən üzvlüyə keçmək marağını ifadə edib.

Əlbəttə, bütün bunlar bizim üçün ikiqat əhəmiyyətlidir. Çünki güclənən məhz Türk birliyidir. Bu birlik və yüksək əlaqələrdə isə Azərbaycan mərkəzi rol alıb və proseslərdə təşəbbüskar şəxsən cənab İlham Əliyevdir".



Baxış sayı: 138



OXŞAR XƏBƏRLƏR