QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Mar 2023, 14:29
“UFC-286”: Bu gecə Rafael Fiziyev Castin Geci ilə döyüşəcək
“UFC-286”: Bu gecə Rafael Fiziyev Castin Geci ilə döyüşəcək
Bu gecə İngiltərənin paytaxtı Londonda “UFC-286” turniri keçiriləcək.

Qalanews.com  xəbər verir ki, əsas proqramda Azərbaycan təmsilçisi Rafael Fiziyev də oktaqona çıxacaq. Yüngül çəkidə döyüşən 29 yaşlı idmançı ABŞ təmsilçisi Castin Geyci ilə üz-üzə gələcək.

“UFC-286” turnirinin əsas proqramı Bakı vaxtı ilə gecə 00:00-da start götürəcək. Fiziyev - Geyci döyüşünün dəqiq başlanma vaxtı bəlli deyil. Bu, turnirin gedişatından asılı olacaq.

Rafael UFC karyerasında 13 döyüşün 12-də qələbə qazanıb. O, cəmi 1 dəfə oktaqonu məğlub tərk edib. Geyci isə 27 qarşılaşmanın 23-də güclü tərəf olub. ABŞ-li idmançı 3 dəfə məğlubiyyətlə üzləşib.

Bu gecə keçiriləcək döyüşdə mütəxəssislər Rafael Fiziyevi favorit sayırlar. “CBS Sports”un əməkdaşlarından Brent Brukhaus (döyüş növləri yazarı), Brayan Kempel (döyüş növləri yazarı, “Morning Kombat”ın təşkilatçılarından biri), Şakiel Mahcuri (yazar) və Maykl Mormil (prodüser) məhz Azərbaycan təmsilçisinin qələbə qazanacağını düşünürlər. Yalnız Brendon Vayz (baş redaktor) üstünlüyü Geyciyə verib.



Baxış sayı: 171



OXŞAR XƏBƏRLƏR