QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Mar 2023, 16:27
Azərbaycanda əmtəəlik neftin hasilatı azalıb, qaz isə cüzi artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 9,3 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6% azalıb.

Dövlət Statistika Komitəsindən  Qalanews.com-a  verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 5 101,6 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 6 065,8 mln. kub metr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4% azalıb, əmtəəlik qaz hasilatı isə 0,9% artıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, hesabat dövründə respublikada ümumi olaraq 5 113,3 min ton neft və 8 008,5 mln. kubmetr qaz hasil olunub, bu da illik müqayisədə müvafiq olaraq 6,4% az və 4,2% çoxdur.



Baxış sayı: 135



OXŞAR XƏBƏRLƏR