QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Mar 2023, 15:02
SOCAR yaşıl strategiyaya baxılması üçün beynəlxalq konsaltinq şirkətlərini cəlb edib
SOCAR yaşıl strategiyaya yenidən baxılması üçün beynəlxalq konsaltinq şirkətlərini cəlb edib.

Qalanews.com  xəbər verir ki, bunu SOCAR-ın nümayəndəsi Teymur Quliyev "Yaşıl hidrogen - dekarbonizasiyaya aparan yol" seminarı zamanı deyib.

Onun sözlərinə görə, bu proses altı ay ərzində yekunlaşacaq.

Strategiyanın yenidən nəzərdən keçirilməsi aşağı karbon emissiyaları, istixana qazlarının tullantılarının azaldılması və hidrogen üzrə işləri əhatə edir.

Teymur Quliyev qeyd edib ki, Avropa hidrogenə böyük ümidlər bəsləyir və bazar təhlili göstərir ki, orada hidrogenə olan tələbat artacaq.

“2030-cu il üçün bu ehtiyacın 20 milyon tona çatacağı gözlənilir ki, bunun da 10-u Avropada istehsal olunacaq, 10-u isə xaricdən gətiriləcək. Vəsait baxımından, bu, 1,5 mlrd. dollar civarındadır. Buna görə də Avropaya hidrogen tədarükü ilə bağlı planlar var"' - Teymur Quliyev qeyd edib.

Bunun fonunda hazırda Trans-Adriatik qaz kəməri vasitəsilə hidrogenin nəqli sahəsində tədqiqatlar aparılır və bu prosesin 2024-cü il üçün bitməsi gözlənilir.



Baxış sayı: 143



OXŞAR XƏBƏRLƏR