QALA NEWS

16 Aprel Çərşənbə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Mar 2023, 12:43
“Bu təşkilatların maliyyə rəhbərləri dövlətə hesabat verməlidir”
“Bu təşkilatların maliyyə rəhbərləri dövlətə hesabat verməlidir”
“2022-ci ildə görülmüş nəzarət tədbirləri nəticəsində 225 milyon manat həcmində artıq və əsassız ödənişlərin yalnız 35 milyon manatının bərpasını təmin etmək mümkün olub”.

Qalanews.com  xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

“Ümumiyyətlə, təcrübə göstərir ki, vəsaitlərin itkisi baş verdikdən sonra mübarizənin hüquqi effekti olsa da, iqtisadi effekti o qədər də yüksək olmur. Bu problem yalnız dövlət təşkilatlarında deyil, eyni zaman özəl sektorda da müşahidə edilir. Məsələn, hesabat ilində səyyar vergi yoxlaması ilə əhatə olunanların 98,7%-də vergi qanunvericiliyinin, mühasibatlıq və maliyyə intizamının pozulması halları aşkar edilib. 

Ona görə də maliyyə planlamasında və mühasibatlıq intizamında pro-aktiv, yəni pozuntuların baş verməsinə əvvəlcədən imkan verməyən mexanizmlərə ciddi ehtiyac yaranıb. Hesab edirik ki, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, büdcədən maliyyələşən təşkilatlarda maliyyə rəhbərlərinin yarı müstəqilliyinin təmin olunması, onların çalışdığı orqanla yanaşı dövlət büdcəsinə cavabdeh orqan qarşısında da hesabatlı olması pozuntuların əvvəlcədən qarşısının alınmasına xidmət edə bilər” – Tahir Mirkişili əlavə edib.



Baxış sayı: 134



OXŞAR XƏBƏRLƏR