QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Mar 2023, 11:11
Agentlik: Azərbaycanın "yaşıl enerji" potensialı 200 qiqavat həcmində qiymətləndirilir
Azərbaycanın "yaşıl enerji" potensialı 200 qiqavat həcmində qiymətləndirilir.

Qalanews.com  xəbər verir ki, bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Yaşıl hidrogen - dekarbonizasiyaya gedən yol" mövzusunda keçirilən seminar zamanı bildirib.

Onun sözlərinə görə, qeyd olunan potensialın 157 qiqavatı dənizdə, 30 qiqavatı quruda, 10 qiqavatı isə işğaldan azad olunmuş ərazilərdə olan "yaşıl enerji" imkanlarının payına düşür.

Bundan əlavə, hazırda Naxçıvanda da "yaşıl enerji"nin imkanlarının inkişafı istiqamətində intensiv işlər görülür.

Cavid Abdullayev onu da əlavə edib ki, hazırda Azərbaycanın enerji sisteminin qoyuluş gücü 8 qiqavatı aşmır və "yaşıl enerji" potensialının istifadəsi bu imkanları artırmağa imkan verəcək.



Baxış sayı: 125



OXŞAR XƏBƏRLƏR