QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Mar 2023, 00:55
Yatmazdan əvvəl bu qidaları yeməyin
Yatmazdan əvvəl yanlış qidalar yemək nəinki yuxuya getməyi, hətta gecə boyu yatmağı da çətinləşdirə bilər.

Qalanews.com xəbər verir ki, axşam yeməyinə yağlı yeməklər qətiyyən olmaz. Gecəni rahat yatmaq istəyənlər mütləq tərkibində çox yağ olan qidalardan uzaq durmalıdır.

Bu bir neçə faktorla bağlıdır. Birincisi, onlar həzm sisteminizi poza bilər. Çünki yağlı qidaların həzm edilməsi daha uzun çəkir, bu da narahatlığa səbəb olur və yuxuya mane törədir. Həmçinin, yüksək yağlı qidalar vücudunuz onu parçalamaq və qida maddələrini qəbul etmək üçün daha çox çalışmalıdır.

Qan şəkəri səviyyəsi yuxu keyfiyyətinə təsir edən digər vacib amildir. Belə ki, yağlı qidalar qan tərkibindəki şəkər səviyyələrində dalğalanmalara səbəb ola bilir. Bu da stress hormonlarının artmasına və yuxunun pozulmasına gətirib çıxarır.

Qısacası, rahat yuxunu təmin etmək üçün yatmazdan ən azı iki-üç saat əvvəl ağır və ya yağlı qidalardan qaçınmaq, daha yüngül, qidalandırıcı maddələrlə zəngin seçimlərə üstünlük verilməlidir.



Baxış sayı: 182



OXŞAR XƏBƏRLƏR