QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Jan 2023, 18:35
Diasporumuz Misirin dövlət başçısının Azərbaycana səfərini yüksək qiymətləndirib
Diasporumuz Misirin dövlət başçısının Azərbaycana səfərini yüksək qiymətləndirib
Misirdə fəaliyyət göstərən diasporumuz Prezident Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərini mühüm hadisə adlandırıb. 

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirov yerli mətbuata açıqlamasında bildirib ki, bundan öncə Azərbaycan Prezidenti İlham Əliyev Misirə rəsmi səfər edib. Ölkələrimiz arasında  yaxşı münasibətlərin mövcudluğu tarix boyu ikitərəfli əlaqələrin olması, Azərbaycanda misirlilərin, Misirdə azərbaycanlıların yaşaması ilə əsaslandırılıb.  

Nəzərə çatdırılıb ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri Misir olub. Bundan başqa, 1990-cı ildə Bakıda törədilən 20 Yanvar faciəsi zamanı Misir Parlamenti xalqımızı dəstəkləyən bəyanatla çıxış edib. 



Baxış sayı: 134



OXŞAR XƏBƏRLƏR