QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Jan 2023, 17:43
Barış Mançonun vəsiyyəti ölümündən 24 il sonra açıqlanıb
Barış Mançonun həyat yoldaşı Lale Manço Ahıska sənətçinin illər əvvəlki vəsiyyəti açıqlayıb.

Qalanews.com  xəbər verir ki, Ahıskalı bu barədə Anadolu ajansının jurnalistinə açıqlamasında bildirib.

"Barış Mançonun 2023 əsəri ilə bağlı vəsiyyəti var. "2023-cü ildə 80 yaşında olacam. O vaxt bəlkə Doğukanın (oğlu) qolunda səhnəyə çıxıb simfonik orkestrin müşayiəti ilə 2023 əsərimi ifa edəcəm". Bu onun yerinə yetirilməsi lazım olan vəsiyyətdir və biz bunu mütləq reallaşdıracağıq", - Lalə Manço bildirir.

Həyat yoldaşının sözlərinə görə, hələ də Manço sevənlər onu yolda görərkən qucaqlayıb ağlayırlar:

"Görüşdüyümüz Barış Manço sevənlərinə baxanda görürür ki, həqiqətən də bu sevgi heç nə olmamış kimi davam edir. Hələ də məni yolda görüb boynumu qucaqlayıb ağlayanlar, balaca uşaqlar var. İndi bizim evimiz, bu yer muzeyə çevrilib. Təkcə yanvar ayında 13 min ziyarətçi olub. "Barış Manço Evi"nə 24 ildən sonra bir ayda 13 min adam gələ bilirsə, bu, sevginin davam etdiyini göstərir. Barış Mançonun həyatında şəxsi sürücüsü və ya mühafizəçisi olmayıb. Çünki "Məni xalqın sevgisindən qoruyacaq bir cangüdən düşünə bilmirəm. Məni qoruyan onların sevgisidir" deyərdi. Bu evi olduğu kimi saxlayıb, buranı "Barış Manço Evi"nə çevrilməsini istədik", - deyə Lale Manço bildirib.

Qeyd edək ki, Barış və Lalə Manço 1978-ci ildə evlənibıər. Onların bu evlilikdən Doğukan və Batıkan adlı övladları var.



Baxış sayı: 128



OXŞAR XƏBƏRLƏR