QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Jan 2023, 17:25
Prokuror rusiyalı jurnalist Nevzorova 9 il qiyabi həbs cəzası istəyib
Moskvanın Basmannı məhkəməsindən jurnalist Aleksandr Nevzorovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qalanews.com-un  məlumatına görə, prokuror Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham olunan jurnalistin qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan başqa, dövlət ittihamçısı məhkəmədən Nevzorovun dörd il müddətinə internet saytları və digər resursları idarə etməsinə qadağa qoyulmasını xahiş edib.

Qeyd edək ki, məhkəmə prosesi təqsirləndirilən şəxs olmadan keçirilir. Prosesdə Nevzerovun maraqlarını təyin vəkili təmsil edir.

Qeyd edək ki, ötən ilin aprelində Nevzorov beynəlxalq axtarışa verilib, may ayında isə Basmannı məhkəməsi onun barəsində qiyabi həbs qərarı çıxarıb.



Baxış sayı: 103



OXŞAR XƏBƏRLƏR