QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Jan 2023, 16:09
Niyazi Bayramov Orxan Əsgərovun atası ilə görüşdü
Niyazi Bayramov Orxan Əsgərovun atası ilə görüşdü 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov​ şəhid Orxan Əsgərovun ata evində keçirilən yas mərasimində iştirak edib.

Qalanews.com xəbər verir ki, mərasimdə, həmçinin Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları Recep Öztop və Nikolos İaşvili, Gəncə ŞİH başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov şəhid atası Rizvan Əsgərova başsağlığı verib və törədilən terror aktının araşdırılmasının şəxsən ölkə rəhbərliyinin nəzarətində olduğunu bildirib.

Xatırladaq ki, yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb. Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-u Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda, diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Şəhid Orxan Əsgərov yanvarın 30-u İkinci Şəhidlər xiyabanında dəfn edilib.



Baxış sayı: 130



OXŞAR XƏBƏRLƏR