QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Jan 2023, 12:31
ÜST-ün xəbərdarlıq etdiyi yeni subvariant daha bir ölkədə tapıldı
ÜST-ün xəbərdarlıq etdiyi yeni subvariant daha bir ölkədə tapıldı
Koronavirusun “kraken” kimi tanınan və çox sürətlə yayılma qabiliyyətinə malik olan “Omicron XBB.1.5” subvariantı Yeni Zelandiyada aşkar edilib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Subvariant keçən həftənin sonunda iki xəstədə tapılıb.

Bununla belə, tibb işçiləri “XBB.1.5”in qonşu Avstraliyada aşkar edildikdən sonra subvariantın Yeni Zelandiyada peyda olmasının gözlənilən olduğunu deyiblər.

Həmçinin bildirilir ki, əhalinin yüksək immunizasiya göstəricilərini nəzərə alaraq “XBB.1.5”n Yeni Zelandiyada necə yayılacağını və onun fəsadlarının COVID-19-un ümumi hallarına təsir edib-etməyəcəyini hələlik proqnozlaşdıra bilmirlər.

Qeyd edək ki, “Omicron XBB.1.5” bu günə qədər dünyanın 30-a yaxın ölkəsində müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, “kraken” koronavirusun pandemiya başlayandan indiyə qədər aşkar edilmiş ən yoluxucu altvariantıdır.



Baxış sayı: 167



OXŞAR XƏBƏRLƏR