QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Dec 2022, 16:55
“Çırpınırdı Qara dəniz” mahnısı Ərdoğan üçün yenidən hazırlandı
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbul üzrə Nümayəndəliyi “Çırpınırdı Qara dəniz” mahnısını ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün yenidən hazırlayıb.

“Qalanews” Türkiyə mediasına istinadən xəbər verir ki, musiqisi Üzeyir Hacıbəyova, sözləri isə Əhməd Cavada məxsus olan mahnının mətni dəyişdirilərək “Senden Vazgeçmeyiz” adı verilib. 

Sözügedən klipi isə partiyanın İstanbul üzrə Nümayəndəliyinin rəhbəri Osman Nuri Kabaktepe öz sosial media hesabında paylaşıb. 

Klipdə Ərdoğanın Prezident İlham Əliyevlə görüşündən də görüntü yer alıb. Mahnı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Türkiyədə 2023-cü ilin iyun ayında növbəti prezident seçkiləri keçiriləcək.




Baxış sayı: 212



OXŞAR XƏBƏRLƏR