QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Dec 2022, 16:33
Ermənistan parlamenti Azərbaycan Milli Məclisinə ünvanlanmış bəyanatı qəbul etməyib
Ermənistan parlamenti müxalifət blokunun Azərbaycan Milli Məclisinə ünvanladığı bəyanatı qəbul etməyib.

Belə ki, hakimiyyətə müxalif “Hayastan” fraksiyasının təşəbbüsü ilə hazırlanan sənəd layihəsini səsvermədə iştirak edən 97 deputatdan cəmi 29 nəfər dəstəkləyib.

Səsvermədən əvvəl parlamentdə təmsil olunan müxalifət və iqtidar nümayəndələri arasında üç saatlıq gərgin müzakirələr aparılıb.

Bəyanatın mətnində olan “Dağlıq Qarabağ Respublikası”, “Artsax Respublikası”, “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ” və bir sıra başqa ifadələr hakim “Vətəndaş müqaviləsi” partiyası tərəfindən müsbət qarşılanmayıb.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclası çağırılıb. İclasda müxalif “Hayastan” blokunun təklifi ilə noyabrın əvvəllərində Azərbaycan parlamentinin təqdim etdiyi sənədə cavab olaraq bəyanatın qəbul edilməsi təklif olunub.

Xatırladaq ki, Azərbaycan Milli Məclisinin qəbul etdiyi bəyanatda Ermənistanın təcavüz, terror və soyqırımı aktları öz əksini tapıb.



Baxış sayı: 199



OXŞAR XƏBƏRLƏR