QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Dec 2022, 14:57
DİN şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı araşdırma aparır
Şamaxı şəhərində yerləşən tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı araşdırma başladılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

O bildirib ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, ötən gün Şamaxı şəhəri 3 saylı tam orta məktəbin 7-ci sinif şagirdi R.İ.-nin həmin məktəbin tarix müəllimi Təranə Əsgərova tərəfindən döyüldüyü iddia edilib.



Baxış sayı: 191



OXŞAR XƏBƏRLƏR