QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Dec 2022, 10:46
MM-də yeni yaradılacaq parlamentlərarası işçi qruplarının rəhbərləri bəlli olub
Milli Məclisdə yeni yaradılacaq 12 parlamentlərarası işçi qruplarının rəhbərləri bəlli olub.

Qalanews xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Aydın Hüseynov - Azərbaycan-Banqladeş, Musayev Elşən - Azərbaycan-Brundi, Mahmudov Rəşad - Azərbaycan-Efiopiya, Həsənova Afət- Azərbaycan-Honduras, Rüstəmxanlı Sabir - Azərbaycan-Kamerun, Qafarov Kəmaləddin - Azərbaycan-Qvatemala, Hüseynov Rəfael - Azərbaycan-Livan, Ramil Həsən - Azərbaycan-Nepal, Hacıyev Emin - Azərbaycan-Nigeriya, Kərimzadə Pərvin - Azərbaycan-Panama, Osmanov Cavid - Azərbaycan-Sudan və Nəsirov Elman - Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qruplarına təyin olunmaları təklif edilir.

Qeyd edək ki, qərar layihəsi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.



Baxış sayı: 195



OXŞAR XƏBƏRLƏR