QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Dec 2022, 17:04
İlham Əliyev Si Cinpinə başsağlığı verdi
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Zati-aliləri Si Cinpinə başsağlığı verib.

“Qalanews” xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Sədr,

Çin Xalq Respublikasının keçmiş Sədri, görkəmli dövlət xadimi Tszyan Tszeminin vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.

Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan ilə Çin arasında dövlətlərarası əlaqələrin və əməkdaşlığın təməlinin qoyulmasında Tszyan Tszeminin böyük xidmətləri olmuşdur. Biz Azərbaycan-Çin münasibətlərinin inkişafına Tszyan Tszeminin verdiyi töhfəni yüksək qiymətləndiririk.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Çin xalqına dərin hüznlə başsağlığı verirəm”.



Baxış sayı: 197



OXŞAR XƏBƏRLƏR