QALA NEWS

31 Yanvar Çərşənbə axşamı

Bakı 6˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Dec 2022, 17:01
Füzuli RİH-nin şöbə müdiri niyə işdən çıxarılıb?
Ötən gün mətbuatda Füzuli Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Bayram Niftəliyevin vəzifəsindən azad olunması barədə məlumat yayılıb. Onun işğaldan azad edilmiş ərazilərə müvafiq icazə olmadan keçdiyi üçün işdən çıxarıldığı iddia olunurdu.

“Qalanews” xəbər verir ki, Bayram Niftəliyev feysbuk hesabında işdən çıxmasının bu səbəblə əlaqəli olmadığını açıqlayıb: “Saytlarda yazılana görə, işğaldan azad olunmuş ərazilərə müvafiq icazə olmadan, qanunsuz səfər etdiyimə görə işdən azad olunmuşam. Ancaq həqiqət isə tamam başqadır. Məni tanıyanlar bilirlər ki, torpaqlarımız işğaldan azad edildikdən sonra mütəmadi olaraq Füzuli rayonuna səfərlər etmişəm. Oraya səfər etmiş yüksək rütbəli dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəsmilərini, yerli və xarici kütləvi informasiya vasitələrinin əməkdaşlarını rayondan olan rəsmi şəxs kimi müşayiət etmişəm. Füzuli rayonuna rəsmi səviyyədə dəfəllərlə səfərlər etmiş birinin həmin yerlərə qanunsuz, gizli getməsi tamamilə absurddur. Görünür mənimlə bağlı cəza verənin ədalət tərəzisi əyilib”.

Qeyd edək ki, mətbuatda B. Niftəliyevlə yanaşı Füzuli RİH-nin Hüquq şöbəsinin müdiri Əliyev Qənimət Eldar oğlunun da işğaldan azad edilmiş ərazilərə müvafiq icazə olmadan qanunsuz keçdiyi üçün vəzifəsindən azad olunması barədə məlumat yayılıb.




Baxış sayı: 273



OXŞAR XƏBƏRLƏR

ÖLKƏ
31 Jan 2023

Bu şagirdlər dərsə gəlməyə bilər - Nazirlik

ÖLKƏ
31 Jan 2023

Metro və marşrut avtobuslarında yeni tariflər müəyyənləşib

ÖLKƏ
31 Jan 2023

Ötən il Azərbaycan 667 mln. dollarlıq meyvə-tərəvəz ixrac edib

ÖLKƏ
31 Jan 2023

DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi - 7 nəfər saxlanıldı

ÖLKƏ
31 Jan 2023

Muxtar Babayev növbəti vətəndaş qəbulu keçirdi

ÖLKƏ
31 Jan 2023

Abşeronda narkotikə görə beş nəfər saxlanıldı

ÖLKƏ
31 Jan 2023

Ukraynada erməni hərbçi azərbaycanlını işgəncələrlə öldürdü

ÖLKƏ
31 Jan 2023

Elnur Bağırov: Dərman qiymətlərindən narazı istehlakçılar bizə müraciət edə bilərlər

ÖLKƏ
31 Jan 2023

Azərbaycana hansı ölkələr investisiya qoymaqda maraqlı olub?

ÖLKƏ
31 Jan 2023

Xidmət rəisi: "Qiyməti aşağı sal" deməyə səlahiyyətimiz yoxdur

ÖLKƏ
31 Jan 2023

Sürücülərin nəzərinə: BDYPİ adından istifadə edən saxtakarlar peyda olublar

ÖLKƏ
31 Jan 2023

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb