QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Dec 2022, 16:39
Davanın kadr arxası görüntüləri yayıldı - VIDEO
Ötən gün Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində qalmaqal baş verib.

QalaNews.com xəbər verir ki, verilişdə ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında gərgin anlar yaşanıb.

Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb.

Bu gün proqramda verilişin aparıcısı Lalə Azərtaş ötən axşam baş verən hadisənin reklam fasiləsi zamanı çəkilən görüntülərini canlı efirdə nümayiş etdirib.

Belə ki, canlı efirdə böyüyən qalmaqalda əvvəlcə vəkil Şəfiqə Nağıyeva Anar Vəziroğluna su atıb.

Kadrlarda A.Vəziroğlu Ş.Nağıyevaya yaxınlaşaraq onunla mübahisə edib. Mübahisə əsnasında şair vəkilin ünvanına təhqiramiz ifadələr səsləndirib. Ş.Nağıyeva isə “Rədd ol!” kəlməsini dilə gətirərək, A.Vəziroğlunun üzərinə yanındakı stəkanı götürərək su atıb. Əsəbiləşən şair eyni hərəkəti etmək istədiyi vaxt digər vəkil ekspert tərəfindən qarşısı alınıb.

Sözügedən görüntüləri təqdim edirik:





Baxış sayı: 4592



OXŞAR XƏBƏRLƏR