QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Dec 2022, 15:13
Polşa Prezidenti: Rusiya bütün qaydaları amansızlıqla pozub
"Sərhədlərin zorla dəyişdirilməsini təsdiq edəcək heç bir razılaşmanı qəbul edə bilmərik. İstənilən sülh danışıqları Ukrayna rəsmilərinin razılığı ilə aparılmalıdır".

 Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyasında çıxışı zamanı bildirib.

Ukraynada mülki şəxslərin planlı şəkildə öldürüldüyünü iddia edən Duda buna göz yummayacaqlarını vurğulayıb.

Bundan əlavə, Anjey Duda Rusiyanın Moldovanın Avropa İttifaqına (Aİ) inteqrasiyası ilə bağlı daxili təhlükəsizliyi təhdid edən hərəkətlərinin olduğuna diqqət çəkərək, təəssüf ki, ATƏT-in siyasi və hərbi imkanları yetərli deyil deyə bildirib.

Polşa Prezidenti deyib ki, Rusiya bütün qaydaları amansızlıqla pozub, apardığı siyasətdə uzlaşma əldə edilməsi mümkün olmayan və sözünə inanılmayan dövlətdir.



Baxış sayı: 196



OXŞAR XƏBƏRLƏR