QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Dec 2022, 14:41
İSB-nin informasiya sistemi “ASAN Login”ə inteqrasiya edilib
İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində bağlanmış elektron icbari sığorta müqavilələri və sığorta hadisələri barədə məlumatların əldə edilməsi üçün yaradılan şəxsi sığorta kabinetinin ASAN Login sistemi ilə inteqrasiyası başa çatıb.

Bu barədə  Bürodan məlumat verilib.

Bildirilir ki, artıq mobil nömrə ilə ASAN Login sistemindən qeydiyyatdan keçən vətandaşlar şəxsi sığorta kabinetinə daxil ola biləcəklər.

ASAN Login sistemi ilə Büronun informasiya sistemləri arasında məlumat mübadiləsinin qurulması nəticəsində identifikasiya nömrəsinə sahib olan 3 milyona yaxın vətəndaş sığorta müqaviləsi və sığorta hadisəsi üzrə məlumatlarını şəxsi kabinet vasitəsilə izləyəcək.

Xatırladaq ki, İSB-nin informasiya sistemində mövcud olan 5 icbari sığorta növündən ikisi - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü artıq elektronlaşdırılıb. “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, və “Sərnişinlərin icbari fərdi qəza sığortası” növlərinin elektronlaşdırılması istiqamətində isə işlər aparılır.



Baxış sayı: 192



OXŞAR XƏBƏRLƏR