QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Dec 2022, 12:55
ABŞ və Çinin uğrunda “savaşdığı” texnologiya: “İnsan sağlamlığına təhlükə yaratması iddiası doğru deyil”
Çinin ekspansiya siyasətində texnoloji yeniliklər və bu vasitələrlə dünyada şəbəkə yaratması strateji plan kimi keçir.

5G texnologiyası üzrə Çin qlobal şəbəkə yaradıb və bəşəriyyəti bu virtual habın içərisində saxlamağa çalışır.

Çinin ambisiyalarının genişlənməsi ən çox Qərbin çətiri altında olan şirkətləri narahat edir, çünki bu, bazarlarda onlar üçün narahatlıqlar yaradır.

Emili de La Bruyer də Çinin artan iqtisadi və virtual gücünün təhdid yaratdığı düşüncəsindədir.

Arayış: Emili xanım “Horizon Konsaltinq” şirkətinin həmtəsisçisi və Demokratiyaların Müdafiəsi Fondunun baş əməkdaşıdır.

O, Çinin sənaye ambisiyalarını, texnoloji inkişafını və bunun hərbi-mülki birləşmə strategiyasına, beynəlxalq təhlükəsizlik və iqtisadiyyata təsirlərini araşdırır.

Xanım Bruyer qərar qəbul edənlərə geosiyasi, texnoloji və iqtisadi inkişaflar, risklər və imkanlar haqqında məlumat vermək üçün ilkin mənbəli, Çin dilində materiallardan istifadə edir.

O, Prinston Universitetində bakalavr dərəcəsini bitirib və Parisin “Sciences Po” məktəbində magistr dərəcəsini alıb.

Onun işlərinə “The New York Times”, “Bloomberg” və “Wall Street Journal”da və digər nüfuzlu nəşrlərdə də istinad edilir.

Emili xanım Azərbaycanda səfərdədir və o, ABŞ-nin Bakıdakı səfirliyində, səfirliyin təşəbbüsü ilə bir neçə yerli media nümayəndələri ilə görüşərək onların suallarını cavablandırıb.

Dünyada rəqəmsal inqilab yaratmaq uğrunda rəqabətin getdiyini deyən xanım Bruyer 5G şəbəkəsinin həmin prosesə töhfə verdiyini söyləyib.  



Baxış sayı: 184



OXŞAR XƏBƏRLƏR