QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 Nov 2022, 15:57
Şoyqu: 2023-cü ildə dövlət müdafiə sifarişinin maliyyələşdirilməsi 1,5 dəfə artacaq
Rusiya Silahlı Qüvvələrinin daimi hazırlıq hissələri 2023-cü ildə 97% səviyyəsində silahlarla təmin edilməlidir, bu səbəbdən növbəti il üçün dövlət müdafiə sifarişinin maliyyələşdirilməsi 1,5 dəfə artacaq.

Qalanews-ın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu nazirliyin hərbi kollegiyasının iclasında bildirib.

"Gələn il əlavə ayrılan büdcə vəsaitləri nəzərə alınmaqla, dövlət müdafiə sifarişinin maliyyələşdirilməsinin həcmi təxminən 1,5 dəfə artacaq. Bu, birləşmə və hərbi hissələrin silah və texnikanın daimi hazırlığının 97 faiz səviyyəsində təmin edilməsinə imkan verəcək”, - deyə Şoyqu vurğulayıb.

O əlavə edib ki, silah istehsalının mümkün olan maksimum həcmini saxlamaq, qoşunlara qabaqcıl tədarükləri təşkil etmək vacibdir.



Baxış sayı: 198



OXŞAR XƏBƏRLƏR