QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 Nov 2022, 15:48
Cənubi koreyalı qız gözəl seçildi - VİDEO
Filippində "Miss Earth-2022" (Yer Gözəli-2022) gözəllik müsabiqəsi keçirilib. 

QalaNews.com xəbər verir ki, Manila şəhərində baş tutan yarışmaya xarici ölkələrdən 86 iştirakçı qatılıb. "Miss Earth-2022" adına cənubi koreyalı Mina Sue Choi sahib olub.

Yarış tarixində ilk dəfədir ki, cənubi Koreya təmsilçisi qalib olaraq əsas mükafatı alıb. Müsabiqənin digər finalçıları isə Avstraliya, Fələstin və Kolumbiya gözəlləri olublar.

Müsabiqədə qonşu ölkə Rusiyanı isə Yekaterina Velmakina təmsil edib. O, finalçılar sırasına daxil olmasa da, münsiflər heyətindən bir neçə mükafat alıb.

Tədbir üç il ərzində ilk dəfədir ki, üz-üzə formatda keçirilib. Əvvəllər pandemiya səbəbi ilə təşkilatçılar müsabiqəni yalnız onlayn keçirirdilər. 





Baxış sayı: 290



OXŞAR XƏBƏRLƏR