QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 29 Nov 2022, 14:36
Azərbaycan və Hindistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Yeni Dehlidə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Hindistan Xarici İşlər Nazirliyi arasında 5-ci ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Qalanews-a Azərbaycan XİN-dən məlumat verilib.

Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, hökumətlərarası komissiyanın işi, siyasi, iqtisadi, ticarət, mədəniyyət, təhsil və s. istiqamətlər üzrə, habelə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

E.Məmmədov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlıq gündəliyinin formalaşdığını və münasibətlərin inkişafı üçün potensialın mövcud olduğunu bildirib. Nazir müavini həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə yaranan yeni reallıqlar, Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın sülh gündəliyinin irəli aparılması, kommunikasiyaların açılması istiqamətində fəaliyyəti barədə məlumatlandırıb. Bu xüsusda, Ermənistan tərəfindən törədilən təxribatların bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə təhdid törətdiyi diqqətə çatdırılıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.



Baxış sayı: 184



OXŞAR XƏBƏRLƏR