QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Nov 2022, 12:47
Van Qoqun tablosuna zərər verən fəallar həbs edilib
İki iqlim fəalı Londondakı muzeydə Vinsent Van Qoqun tablosunun çərçivəsini zədələdiyi üçün həbs olunub.

 NTV-yə istinadən xəbər verir ki, hökmə əsasən, 24 yaşlı Emili Broklbank və 22 yaşlı Louis McKechnie 21 gün həbs cəzasına məhkum edilib.

Belə ki, hakim Van Qoqun “Çiçəklənən Şaftalı” əsərini əhatə edən 18-ci əsrə aid çərçivənin zədələndiyini açıqlayıb.

Qeyd edək ki, iqlim fəalları son günlər tez-tez bu cür etiraz üsulu ilə gündəmə gəlirlər. Onların əsas istəyi aclıq və bu kimi digər ciddi fəsadlar törədəcək hadisələrə cəmiyyətin və məsul şəxslərin diqqət çəkməkdir. Hədəf seçdikləri əsərlərə tam olaraq zərər vurmaq istəməsələr də, bəzən bu cür gözlənilməz hadisələr də olur.

Onların bir müddət öncə Almaniyanın Potsdam muzeyində Klod Monenin, həmçinin Avstraliyadakı muzeylərin birində Pablo Pikassonun tablosuna da eyni formada etirazı olmuşdu.



Baxış sayı: 195



OXŞAR XƏBƏRLƏR