QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Nov 2022, 11:49
Boks üzrə dünya çempionu 37 yaşında öldü
Meksikalı boksçu Moyzes Fuentes 37 yaşında dünyasını dəyişib.

Qalanews xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının (WBC) prezidenti Maurisio Suleyman bildirib.

“Son nəfəsinə qədər vuruşan döyüşçü. Ailəsinə və yaxınlarına başsağlığı veririk”,-deyə Süleyman sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, idmançı 13 ay əvvəl David Kuelyara 4-cü raundda nokautla məğlub olmuşdu. Həmin döyüşdə Moyzes Fuentes başından zədə almışdı. Fuentesdə qan laxtası aşkar edildikdən sonra beyində şişkinliyi azaltmaq üçün komaya salınmışdı.

Moyzes Fuentes peşəkar karyerasına 2007-ci ildə başlayıb və 2011-ci ilə qədər məğlubiyyət dadmayıb. O, WBO-nun yüngül çəkidə dünya çempionudur. Karyerası ərzində 25 qələbəsi, yeddi məğlubiyyəti olub.






Baxış sayı: 218



OXŞAR XƏBƏRLƏR