QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 23 Nov 2022, 16:01
ÜST meymunçiçəyi xəstəliyinin adını dəyişmək istəyir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) stiqma ilə mübarizə çərçivəsində meymunçiçəyi xəstəliyinin adını MPOX adlandırmağı planlaşdırır.

Qərar ABŞ Prezident Administrasiyasının nümayəndələrinin artan təzyiqi ilə bağlıdır.

Belə ki, administrasiya ÜST rəhbərlərini özəl olaraq xəstəliyin adını dəyişməyə çağırıb və bildirilib ki, təşkilat kifayət qədər tez reaksiya vermədiyi təqdirdə ABŞ birtərəfli hərəkət edəcək.

Qəzetin yazdığına görə, qərar çərşənbə günü elan oluna bilər.

Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının HIV/AIDS üzrə Birgə Proqramı (UNAIDS) bəzi ölkələrdə qeydə alınan meymunçiçəyi epidemiyası ilə bağlı homofobiya və irqçiliyi qızışdıran ictimai bəyanatlardan narahatlığını bildirib. Bir bəyanatda o, KİV-i, hökumətləri və ictimaiyyəti “müəyyən insan qrupları”nı damğalamaqdan çəkinməyə çağırıb, çünki bu, xəstəliyə qarşı reaksiyanı məhv edə bilər.



Baxış sayı: 212



OXŞAR XƏBƏRLƏR