QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 07 Nov 2022, 11:15
ÜST rəsmisi: “Pandemiyanın sonu haqqında danışmaq hələ tezdir”
“Yeni növ koronavirus infeksiyası hələ mövsümi xəstəlik sayıla bilməz, o, hələ də pandemiya mərhələsindədir. Pandemiyanın sonu haqqında danışmaq hələ tezdir”.

Qalanews “TASS”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç deyib.

Onun sözlərinə görə, insanlar COVID-19-un yüngül xəstəliyə çevrildiyini düşünə bilərlər, lakin bu, yanlışdır.

“Bəli, biz pandemiyanın kəskin yüksəliş mərhələsində deyilik, lakin virus hələ də çoxlu sayda xəstəliyə səbəb olur, dünyada çoxlu insanlar xəstələnir, dalğa gəlir”.

O, əlavə edib ki, virusun təhlükəsini unutmaq olmaz və ehtiyatlı olmaq lazımdır: “Əks halda xəstələrin və ola bilsin ki, ölümlərin sayı artacaq”.



Baxış sayı: 257



OXŞAR XƏBƏRLƏR