QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Nov 2022, 14:18
“Bəzi ölkələrdə neft gəlirlərindən əhaliyə yardımlar edilir”
“Dövlət büdcəsində qeyd olunur ki, 21-ci əsr tələblərinə uyğun təhsil sistemi təmin olunacaq. Necə nail olunacaq? Kim bunu təmin edəcək?”
QalaNews.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli bildirib. 

“Qeyd olunur ki, 2021-ci ilin iyulun 1-nə qədər Azərbaycanda məşğul olan əhalinin sayı 5 milyon 334 min nəfərdir. Bunun da 1 milyon 720 mini dövlət və qeyri-dövlət sektorunda işləyir. Biz bilirik ki, 30 min insan neft sektorunda adam işləyir. Əvvəl bu rəqəm 80 min idi. Mənə deyin görüm, 3.6 milyon insan haradadır? Neynəyir? Nə işlə məşğul olur?”, - deyə millət vəkili sual edib.

Deputat bildirib ki, hər dəfə büdcəyə kənd təsərrüfatının quyruğunda balıqçılıq fəaliyyətinin adı çəkilir: “Amma ölkədə balıqçılıq yoxdur. Bizim quru ərazimiz boyda Xəzər ərazimiz, çaylarımız var. Bunu kimi izah edəcək?” 

Tahir Kərimli neftdən gələn gəlirlərdən xalqa kömək olmamasını bildirib: “İnflyasiya part-part, arta-arta gedir. Bəzi ölkələrdə neftdən gələn gəlirlərdən əhaliyə birdəfəlik yardımlar edilir. Amma bizdə niyə edilmir?! İnternet qiymətləri artır, telefon qiymətləri artır, qiymətlər artır”.



Baxış sayı: 243



OXŞAR XƏBƏRLƏR