QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Nov 2022, 18:52
Həkim-infeksionist: “Azərbaycanda qrip virusu yayılmayıb”
“Bu gün üçün ölkədə qrip virusunun yayılması təsdiq olunmayıb”.

Qalanews xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin “Instagram” səhifəsində canlı yayımda məlumat verib.

İnfeksionistin sözlərinə görə, bu günə qədər ölkədə kəskin respirator xəstəliyin yayılması təsdiq edilib, qrip təsdiq edilməyib:

“Qrip və koronavirusa yoluxması ehtimal edilən şəxslərdən götürülən test nümunələri yoxlanılıb. Lakin heç bir nümunədə qrip virusu aşkar edilməyib. Xəstələnən şəxslər kəskin respirator virus infeksiyalarına yoluxublar”.

T.Eyvazov onu da əlavə edib ki, bu gün ölkədə koronavirusa yoluxma halında vəziyyət qənaətbəxşdir:

“Hətta yoluxma sayları ikirəqəmlidir. Bu da pandemiyanın başladığı dövrdən bu günə qədər xəstələrin sayında ən aşağı rəqəmdir. Bilirik ki, xəstəliyi yüngül keçirənlər test üçün müraciət etmir. Statistika real olanı göstərməsə də, aktiv xəstə sayı çox deyil. İnsanlar immun sistemlərinə ciddi fikir verməlidirlər ki, xəstəliyə yoluxduqları zaman bunu yüngül keçirsinlər”.




Baxış sayı: 249



OXŞAR XƏBƏRLƏR