QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 16 Oct 2022, 10:43
Avropa Liqası: "Qarabağ" - "Olimpiakos" oyunu azarkeş sayına görə 5-ci olub

UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

QalaNews.com -un məlumatına görə, 16 matçda ümumilikdə 400 000-dən çox tamaşaçı iştirak edib.

İlk "5-lik"də Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos" komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 31 200 tərəfdar izləyib.

Ən çox fanat isə "Mançester Yunayted" (İngiltərə) - "Omoniya" (Kipr) oyununda qeydə alınıb. İngiltərədəki matçda 74 310 azarkeş olub.

Qeyd edək ki, "Qarabağ" - "Olimpiakos" qarşılaşmasında qalib müəyyənləşməyib - 0:0.




Baxış sayı: 255



OXŞAR XƏBƏRLƏR