QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 Sep 2022, 21:23
Şəhidlərin anım vaxtı “Land Cruiser” sürücüsündən BÖYÜK HÖRMƏTSİZLİK - VİDEO

Dünən 44 günlük zəfər tarixinin başladığı gün idi. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd edilir. Hörmət əlaməti olaraq saat 12-də əhali tərəfindən bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edilir. Avtomobil yollarından tutmuş bir çox yerlərdə hərəkət məhdudlaşdırılır. Dünən sükut zamanı sürücülərdən biri xoşagəlməz addımı ilə kameraya düşüb.

Qalanews Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunda baş verib. Videodan da göründüyü kimi, "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü sükutu pozaraq yolun sağına manevr etməklə hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin yolda avtomobilini saxlayaraq şəhidləri andığı bir vaxtda hər hansı şəxsin özünü yüksək nüfuzlu şəxs kimi görərək şəhidlərin ruhuna hörmətsizlik nümayiş etdirməsi qəbuledilməzdir.

Sözügedən görüntüləri təqdim edirik:





Baxış sayı: 258



OXŞAR XƏBƏRLƏR