QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 Sep 2022, 21:03
Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketi təklif edib

Avropa Komissiyası Rusiyadan Avropa İttifaqına (Aİ) 7 milyard avro dəyərində məhsulların idxalına qadağa qoyulmasını təklif edib.

Qalanews TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

"Rusiya məhsullarının idxalına yeni qadağaların tətbiqini təklif edirik. Beləliklə, Rusiyadan tədarük edilən məhsullar Avropa bazarına çıxarılmayacaq. Bu, Rusiyanı 7 milyard avro məbləğində əlavə gəlirdən məhrum edəcək", - o vurğulayıb.

Aİ Rusiyaya qarşı məhdudiyyətlərə əməl etməyən şəxslərə qarşı sanksiyalar tətbiq edəcək. Üstəlik, Avropa Komissiyası Rusiya neftinə maksimum qiymət həddini tətbiq etməyi təklif edib.




Baxış sayı: 238



OXŞAR XƏBƏRLƏR