QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 Sep 2022, 23:57
Zelenski: "Ukrayna ərazi güzəştinə getməyəcək"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın işğal etdiyi bütün ərazilərin qaytarılacağını bildirərək bu məsələdə heç bir güzəştin olmayacağını söyləyib.

Qalanews UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə ABŞ-ın Harvard Universitetinin müəllim və tələbə ictimaiyyəti ilə feysbuk üzərindən görüşündə bildirib.

Zelenski Ukraynanın qələbəsindən bəhs edərək deyib ki, ölkəsinin ərazi bütövlüyü bərpa olunmalı, torpaqları ədalət və həqiqətin təmini üçün qaytarılmalıdır: “Əks təqdirdə, Rusiya torpaqlarımızı işğal edəcək. Bu baxımdan, təcavüz Rusiyaya baha başa gəlməlidir. Təəssüf ki, qəhrəmanlarımızı, həlak olanlarımızı geri qaytara bilməyəcəyik, ancaq biz ədaləti bərpa edəcəyik. Ədalət torpaqlarımız geri qayıdanda başlayacaq".




Baxış sayı: 232



OXŞAR XƏBƏRLƏR