QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 Sep 2022, 14:55
İstanbulda türk dövlətləri XİN başçılarının görüşü keçiriləcək

Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Qalanews xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub

Bildirilib ki, görüş Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədi daşıyır. Toplantının tarixi hələ ki açıqlanmayıb.

Qeyd edək ki, sentyabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.




Baxış sayı: 224



OXŞAR XƏBƏRLƏR