QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 Sep 2022, 12:44
Paşinyanı əvəzləyəcək şəxs hansı sənədə imza atacaq?- AÇIQLAMA

“Ermənistan çətin və ağrılı qərarlar qarşısındadır, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq”.

Bu fikri Ermənistanın birinci Prezidenti olmuş Levon Ter-Petrosyan ölkənin İctimai televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, əgər Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək və Paşinyanın yerinə başqası seçilərsə, xoşagəlməz sənədə imza ata bilər.

Maraqlıdır, Paşinyanın yerinə kim gələ bilər? Xoşagəlməz sənəd deyiləndə hansı şərtlər nəzərdə tutulur? 

Mövzu ilə bağlı Gundem.az-a danışan politoloq Yeganə Hacıyeva bildirib ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq onların hamısı erməni cəmiyyətini birləşdirən ideologiyalarının mərkəzində dayanan Azərbaycanla düşmənçilik siyasətini davam etdirmək  məcburiyyətindədirlər: "Yəni istər hakimiyyətdə liberallar, istərsə də qatı mühafizəkarlar olsun, bunların hamısı birmənalı olaraq Azərbaycanla neqativ tonlarda danışacaqlar və hamısının xarici siyasətində belə çalarlar özünü göstərəcək. Məsələ ondadır ki, Ermənistanda daxili hakimiyyət erməni lobbi qruplarının təsirinə məruz qalıb. 

Erməni lobbi qruplarının bütün dünyada şəbəkələşmək üçün istifadə etdikləri ümumerməni ideologiyasının nüvəsində məhz Azərbaycan və Türkiyəyə nifrət, Azərbaycan torpaqlarından pay ummaq faktoru var. Bu o deməkdir ki, bundan sonra da hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Ermənistanda istər Azərbaycan, istərsə də Türkiyə ilə münasibətlərdə pozitiv mesajlar verə biləcək hər hansı bir hərəkət olmayacaq. 

Petrosyan uzunmüddətli dövlət postlarının tutulmasından əlavə, həm də erməni cəmiyyətinə davranışına, böhranlı hallarda erməni cəmiyyətinin hara qədər adekvat addımlar atacağı qaydalara bələd biridir. Həmçinin ona böhranlı vəziyyətdə Ermənistanda siyasilərinin də nəyə qadir olduğunu, nələr edə biləcəyi məlumdur. 
Onun narahatlığı məhz bu mərhələdə Azərbaycanla sülh sazişinin imzalanmasıdır.  Artıq  Azərbaycan və Ermənistan konfliktinin hərbi hissəsi həll olunub, hazırda diplomatik və siyasi həlli mərhələdə nizamlama prosesi gedir.  Bu mərhələdə mövcud şərtlər iki dövlət arasında münasibətlərin gələcəyi üçün nəzərdə tutulan konfiqurasiyalarda Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü təkliflərə izma atmağa məcbur edilir.  Əks halda Paşinyanı devirsələr belə, Ermənistanın bundan sonrakı Baş Naziri ilə də şərtlər daha sərt , daha ağır olacaq”.

Y. Hacıyeva qeyd edib ki,  Paşinyanın yerinə başqası gəlsə, mövcud siyasi elitada sadəcə sima dəyişəcək: 

"Qeyd etmək lazımdır ki, bu mərhələdə Paşinyanın devrilməsi az ehtimal olunur. Paşinyan devrilsə, yerinə eyni siyasi elitadan biri gələcək. Bu zaman gələn şəxs Azərbaycanın, Rusiyanın, indiki mərhələdə lap ABŞ-ın sərt təzyiqi ilə sənədə imza atacaq. Bu sənəd Ermənistan üçün indiki mövcud şərtlərdə deyil, daha ağırlaşmış şərtlərdə olacaq. Sülh sazişi təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə Ermənistana nəzarəti şərtləndirən bəlli məqamları özündə ehtiva edir. 
Bu səbəbdən Petrosyan narahatdır və hesab edir ki, Ermənistanı çıxış yolu tapa bilməyəcəyi bir böhran gözləyir".




Baxış sayı: 552



OXŞAR XƏBƏRLƏR