az
İctimai TV "Görünməyən qəhrəmanlar" silsiləsindən olan "Bizim torpaq" növbəti sənədli filmində Vətən müharibəsi ilə bağlı bilinməyənlər danışılacaq.
Qalanews xəbər verir ki, film 27 sentyabr saat 21:40-da efirə veriləcək.
Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Tehran Mənsimov da "Bizim torpaqda" yer alıb. O, ordumuzun Xankəndini işğaldan azad etməsini an məsələsi hesab edib:
"Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdisə, Xankəndini geri qaytarmaq hər anın məsələsidir", - deyə o qeyd edib.
Baxış sayı: 1748