QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 Sep 2022, 14:25
Kəşfiyyatdan sensassion açıqlama: Sentyabrın 30-da nə baş verəcək?

“Rusiya Prezidenti Vladimir Putin bu günlərdə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsini rəsmən elan edə bilər”.

Qalanews  xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.

Qeyd olunub ki, Rusiya dövlət başçısının sentyabrın 30-da ölkə parlamentində çıxışı planlaşdırılır: “O, müraciəti zamanı Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya ilhaqını rəsmən elan edə bilər. Referendumların bu gün başa çatması gözlənilir”.

Böyük Britaniya xüsusi xidmət orqanlarının məlumatına görə, Kreml rəhbərliyi qismən səfərbərliyin “xüsusi hərbi əməliyyata” bəraət qazandıracağını və vətənpərəvrlik ruhunu yüksəldəcəyini düşünür.

Xatırladaq ki, V.Putinin sentyabrın 21-də xalqa müraciətindən sonra Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Zaporejye kimi bölgələrində referendumlar başlayıb.




Baxış sayı: 5132



OXŞAR XƏBƏRLƏR