QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 Sep 2022, 21:33
Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə müşahidə edilib

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə müşahidə edilib.

Qalanews xəbər verir ki, Yupiter, Yer və Günəş bir xəttə düzülüb.

Təbiət hadisəsini Bakı Dövlət Universitetinin (BDU) həyətində ali təhsil müəssisəsinin rəhbərliyi, müəllimləri, tələbələri, ictimaiyyət və media nümayəndələri izləyiblər.

Belə ki, Yupiter öz orbitinin Günəşə ən yaxın nöqtəsinə (perihelion) yaxın, səma cismindən 4,96 astronomik vahid məsafədə olub. Bu iki hadisənin üst-üstə düşməsi Yupiterin böyük qarşıdurması adlanır. Təxminən, 12 ildə bir dəfə baş verir və Yerlə Yupiter arasındakı məsafənin də minimum göstəricilərə (3,95 astronomik vahid) azalması ilə diqqət çəkir.

Yupiter səma ekvatoruna yaxın Balıqlar bürcündə (ulduzlar topası) müşahidə edilib. Şimal enliklərində isə bir neçə ildən sonra ilk dəfə olaraq üfüqdən kifayət qədər yüksəkliyə qalxıb.




Baxış sayı: 196



OXŞAR XƏBƏRLƏR