QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 Sep 2022, 16:40
Fudokan üzrə "Anım günü"nə həsr edilmiş Bakı turniri keçirilib

Fudokan üzrə "Anım günü"nə həsr edilmiş Bakı turniri keçirilib 25 sentyabr 2022-ci il tarixində Hövsan Olimpiya İdman Kompleksində "27 sentyabr Anım günü"nə həsr edilmiş Fudokan idman növü üzrə Bakı şəhər gənclər və idman baş idarəsinin rəhbərliyi və təşkilatçılığa ilə Açıq Bakı turniri keçirilib.

25 yaş və çəki kateqoriyasında 3 versiya üzrə 400-ə yaxın idmançı qalibiyyət üçün mübarizə aparıb. Bakı turnirinin təntənəli açılış mərasimi 25 sebtyabr 2022-ci il tarixində saat 15:00-da Hövsan olimpiya idman kompleksində baş tutub.

Tədbirdə şəhid ailələri, qazilər, vətən müharibəsi iştirakçıları, dövlət rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və federasiya rəsmiləri iştirak edib. Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasındakı rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən, şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısından söz açaraq bildirib ki,  yeniyetmə və gənclərin Vətənə layiq vətəndaş kimi yetişməsində, onlarda torpağa sədaqət və vətənpərvərlik ruhunun aşılanmasında Şəhidlərimizin xatirəsinə həsr olunmuş idman və bu kimi digər tədbirlərin təşkil olunması çox vacibdir. Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə yüksək yerləri tutmuş idmançılar müvafiq medal və diplomlarla təltif olunublar.







Baxış sayı: 365



OXŞAR XƏBƏRLƏR