QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 23 Sep 2022, 14:47
Son iki ildə 352 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub

"Son iki ildə 350-dən çox hərbçimizin yüksək texnologiyalı müasir dördüncü nəsil protezlə təminatı həyata keçirilib. Onlardan 200-ü Vətən müharibəsində əzalarını itirmiş qəhrəmanlarımızdır".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müsahibəsində bildirib.

Nazir həmçinin deyib ki, son üç ildə ölkənin bütün regionlarını əhatə edən 11 reabilitasiya və sosial xidmət mərkəzinin tam təmir edilərək müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib: "Həmin mərkəzlərdə 3 minədək müharibə əlilinə müasir standartlara uyğun reabilitasiya xidmətləri göstərilib".




Baxış sayı: 254



OXŞAR XƏBƏRLƏR